19 
Mar
2025
13:57
355

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi müsəlmanları Qədr Gecəsi münasibətilə təbrik edir

 

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi Şiə müsəlman icmasını Qədr Gecəsi münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, agentliyin məlumatına görə, 19, 21 və 23 mart tarixlərində Şiə müsəlmanları İslam dinində mühüm bayramlardan biri olan Qədr Gecəsini qeyd edirlər.

“Onların inancına görə, məhz bu gecədə Peyğəmbər Məhəmmədə (s) ilahi kitab olan Qurani-Kərimin ilk ayələri nazil olub. Ənənəyə görə, Qədr Gecəsi min aydan daha üstün hesab olunur. Bu səbəbdən müsəlmanlar həmin gecəni ibadət və dualarla keçirməyə çalışırlar. Qədr Gecəsi Ramazan ayının son on günlüyündə qeyd edilir və günahların bağışlanması, rəhmət və mənəvi rahatlıq gecəsi hesab olunur.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi Şiə müsəlman icmasını bu əlamətdar gün münasibətilə təbrik edir, onlara xeyirxahlıq və əmin-amanlıq arzulayır”, – deyə məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın