21 
Mar
2025
15:11
247

Gürcüstanda uşaq cinayətkarlığı artır: 3 ildə 228 uşaq cinayət törədib

2022-2024-cü illərdə 14 yaşınadək 228 uşaq cinayət törədib. Onlardan 2024-cü ildə 75, 2023-cü ildə 79, 2022-ci ildə isə 74 uşaq qanunsuz əməldə iştirak edib.

InterPress.ge xəbər verir ki,bu məlumat Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən “Gürcü Arzusu” fraksiyasının deputat sualına cavab olaraq təqdim olunan sənəddə yer alıb.

Sənədə əsasən, 2024-cü ildə 14 yaşınadək uşaqlar arasında 3 nəfər 8 yaşlı, 6 nəfər 9 yaşlı, 2 nəfər 10 yaşlı, 11 nəfər 11 yaşlı, 32 nəfər 12 yaşlı və 21 nəfər 13 yaşlı uşaq cinayət törədib.

14-18 yaş aralığında olan yeniyetmələrin cinayət halları da açıqlanıb. 2022-ci ildən 2024-cü ilin daxil olduğu dövrdə bu yaş qrupuna aid şəxslər ümumilikdə 496 cinayət törədib. Onlardan 200-ü yalnız 2024-cü ildə baş verib.

Üç illik statistikanın təhlilinə əsasən, bu dövrdə yeniyetmələr tərəfindən törədilən cinayətlərin böyük əksəriyyəti — 341 hadisə — ağır cinayət kateqoriyasına aiddir.

Cinayət törətmiş yeniyetmələrin cinsiyyət bölgüsünə gəlincə, onlardan 30-u qadın, 466-sı isə kişidir.

Bizimlə əlaqə saxlayın