27 
Mar
2025
13:31
216

Qar uçqununda turist həyatını itirib

İspaniyalı turist Gürcüstanın Svaneti dağlarında (Sameqrelo-Zemo Svaneti bölgəsi) qar uçqunu nəticəsində həlak olub.

InterPress.ge xəbər verir ki, bu barədə   Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Halları İdarəetmə Agentliyi məlumat yayıb.

Bildirilib ki, dörd turistdən ibarət qrup bələdçi olmadan xizəklə sürüşürmüş. Onların nişanlanmış yollardan kənarda olduqları ehtimal edilir. Turistlərdən biri qar uçqununun altında qalaraq həlak olub, digər üç nəfər isə xəsarət almayıb.

Mestia bələdiyyəsinin meri Kapiton Jorjoliani faciənin dünən baş verdiyini təsdiqləyib. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər