29 
Mar
2025
22:02
396

Tbilisidə etiraz aksiyası yenidən başladı

Etirazların 122-ci günündə Parlament binası qarşısında aksiya yenidən bərpa olunub və Rustaveli prospekti bağlanıb.

InterPress.ge xəbər verir ki, hazırda keçirilən etiraza Filarmoniyadan yürüşlə gələn “Qadınların Marşı” və İctimai Yayım binası qarşısında toplanan vətəndaşlar da qoşulublar.

Aksiya iştirakçıları fərqli məzmunlu plakatlar daşıyır və vaxtaşırı belə şüarlar səsləndirirlər:

“Oliqarxiyaya od!”, “Mziyayla həmrəylik, Eleneylə həmrəylik!”

Etirazçılar həmçinin Gürcüstan, ABŞ və Avropa İttifaqının bayraqlarını da qaldırırlar və əl fənərləri ilə aksiyada iştirak edirlər.

Etirazın əsas tələbləri dəyişməz olaraq qalır:

🔹️Yeni seçkilərin təyin edilməsi

🔹️Etirazlar zamanı saxlanılan şəxslərin azad olunması

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər