Tütün brendləri artıq standart qablaşdırmaya keçir
Bu gündən etibarən tütün məmulatlarının satışı yalnız sadə, standartlaşdırılmış qablaşdırma ilə mümkün olacaq.
InterPress.ge xəbər verir ki, qanuna əsasən, bütün brendlər vahid, standart rəngli qablaşdırmadan istifadə etməlidirlər. Bu qablaşdırmada yalnız brendin və alt-brendin adı, tibbi xəbərdarlıqlar və digər zəruri məlumatlar qeyd olunacaq.
“Tütün məmulatlarının sadə qablaşdırılması onların cəlbediciliyinin azaldılmasına, xüsusilə yeniyetmələr və gənclər arasında marağın qarşısının alınmasına yönəlib. Tütünə nəzarət qanununun icrasına dair dövlət monitorinq proqramı çərçivəsində artıq fevral ayında bəzi tütün istehsalçılarının satış şəbəkələrinə sadə qablaşdırmada siqaret məhsulları təqdim etməsi halları qeydə alınıb. Aprelin 1-dən etibarən isə bütün pozuntularla bağlı müvafiq tədbirlər görüləcək. Bu hallarda cərimə məbləği 5000 lari təşkil edir”, – deyə Tütünə Nəzarət Alyansının yaydığı məlumatda bildirilir.


