Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edir
Gürcüstanın Qida Təhlükəsizliyi Milli Agentliyi əhalini ət və yumurta məhsullarını yalnız gigiyenik qaydalara və satış şərtlərinə cavab verən yerlərdən almağa çağırır.
InterPress.ge xəbər verir ki, bu barədə Agentliyin yaydığı məlumatda qeyd olunub.
Agentlik bildirir ki, düzgün şəraitdə saxlanılmayan heyvan mənşəli məhsullar insan sağlamlığı üçün ciddi risklər yaradır.
Ət məhsullarının alışı zamanı nəyə diqqət etməli:
Ət yalnız təmiz, qapalı soyuducuda, 2–6°C temperaturda saxlanılmalıdır. Saxlama müddəti – maksimum 48 saat
- Etiket üzərində aşağıdakı məlumatlar olmalıdır:
- Heyvanın kəsildiyi ölkənin adı;
- Kəsimxananın qeydiyyat və ya şərti qeydiyyat nömrəsi;
- Hazırlanma tarixi və saatı;
- Əgər ət Gürcüstanda doğulub-böyüyən heyvandan əldə olunubsa (“Mənşə – Gürcüstan”), heyvanın identifikasiya nömrəsi;
- İdxal olunan ət üçün idxalçı ölkənin adı;
- Müxtəlif mənşəli (mal, qoyun, donuz, keçi) ətlər soyuducuda ayrı-ayrılıqda saxlanmalıdır;
- Etiket soyuducunun üzərində, aydın və görünən şəkildə yerləşdirilməlidir.
Yumurta alışı zamanı diqqət yetirin:
Saxlanma və satış şərtlərinə;
- Yararlılıq müddətinə;
- Etiketdə məhsulun mənşə ölkəsi və istehsal tarixi qeyd olunmalıdır.
Qurum bildirir ki, baytarlıq nəzarətindən keçməyən heyvan mənşəli məhsulların – o cümlədən süd, pendir, balıq, yumurta və digər məhsulların istehlakı insan sağlamlığı üçün yüksək risk yaradır.
Agentlik əhaliyə xatırladır:
İstehlakçıların bazarda satılan ərzaq məhsulları barədə düzgün və ətraflı məlumata malik olmaq hüququ var.


