08 
Apr
2025
14:13
241

İki şəxsə külli miqdarda narkotik maddələrin qanunsuz əldə olunması və saxlanması ittihamı irəli sürülüb

Gürcüstan Baş Prokurorluğu iki şəxsə böyük və xüsusilə böyük miqdarda narkotik maddələrin qanunsuz əldə olunması və saxlanması faktı üzrə ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluğun mətbuat xidməti yayıb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən olunub ki, saxlanılan şəxslər satış məqsədilə müxtəlif növ narkotik maddələri – o cümlədən buprenorfin, metadon və heroin – böyük və xüsusilə böyük miqdarda qanunsuz şəkildə saxlayırdılar.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində satış üçün qablaşdırılmış onlarla narkotik vasitə maddi sübut kimi götürülüb.

Təqsirləndirilən şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 6-cı hissələri ilə ittiham irəli sürülüb. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluğun vəsatəti əsasında məhkəmə artıq hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyində istintaq davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər