18 
Apr
2025
11:21
236

Bu gün Qırmızı Cümədir

Bu gün pravoslav xristian dünyasında Qırmızı Cümə (Böyük Cümə) qeyd olunur.

InterPress.ge xəbər verir ki, bu günkü ibadətlər İsa Məsihin çarmıxa çəkilməsi, çarmıxdan endirilməsi və dəfni ilə bağlı xatirəyə həsr olunub.

Böyük Cümə, Böyük Orucun ən kədərli və ciddi günü hesab olunur. Bu gün kilsələrdə Liturgiya icra olunmur, çünki Müqəddəs Yazıya görə, Allah insanları günahdan qurtarmaq üçün Özünü qurban verdi.

Bu gün ibadət zamanı İlahi Saatlar oxunur, İsanın əzabları və çarmıxa çəkilməsi haqqında Müjdələrdən parçalar səsləndirilir.

Böyük Cümə axşamı keçirilən ibadət İsanın çarmıxdan endirilməsi və dəfninə həsr olunur və adətən saat 14:00-da keçirilir – çünki Bibliyaya əsasən, İsa məhz bu vaxt dünyasını dəyişmişdi.

İbadətdən əvvəl məbədin ortasında güllərlə bəzədilmiş qaldırılmış bir stend – “Qəbir” hazırlanır, müqəddəs qurbangahda isə xüsusi bəzədilmiş “Endirmə” parç yerləşdirilir – bu parç üzərində qəbirdə yatan İsa Məsih təsvir olunur.

Çarmıxdan endirilmə xüsusi ilahilərlə müşayiət olunur, bu ilahilər İsanın iztirablarını və çarmıxa çəkilməsini əks etdirir. Ardınca ruhanilər və möminlər bu parçaya səcdə edir və onu öpürlər.

“Endirmə” məbədin ortasında İsanın qəbirdə üç gün qalmasını simvolizə edərək üç günə qədər saxlanılır.

 

Bizimlə əlaqə saxlayın