18 
Apr
2025
19:09
1022

Ağır yol qəzasında üç azyaşlı həyatını itirdi

Xonidə baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç azyaşlı həyatını itirib.

InterPress.ge xəbər verir ki, avtomobil körpüdən suya aşıb və hadisə yerində üç azyaşlının meyiti tapılıb.

Qəzada xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onların vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma başladılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər