7 yaşlı uaşağa qarşı zorakılıqda təqsirləndirilən ana və nənəyə ittiham irəli sürülüb
Azyaşlı ailə üzvünə qarşı fiziki zorakılıq və məcbur etmə faktı ilə ana və nənəyə rəsmi ittiham irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər azyaşlıya müxtəlif bədən nahiyələrində çoxsaylı xəsarətlər yetiriblər və onu cəza məqsədilə yaşayış yerini tərk etməməyə məcbur ediblər.
Hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxslər 25 aprel tarixində saxlanılıb. Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prim maddəsinin 2-ci hissəsinin “a” və “d” bəndləri (ailə üzvünə qarşı qrup şəklində azyaşlıya fiziki zorakılıq) və 11 prim 150-ci maddənin 2-ci hissəsinin “a” və “b” bəndləri (ailə üzvünə qarşı qrup şəklində azyaşlıya məcburiyyət tətbiq etmə) üzrə ittiham irəli sürülüb. Bu əməllərə görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib.
Daxili İşlər Nazirliyində bu cinayət işi üzrə istintaq davam edir.


