12 
May
2025
14:20
134

Diplomatik xidmət haqqında qanuna dəyişikliklər parlamentdə müzakirə olunacaq

Hökumətin təşəbbüsü ilə hazırlanmış “Diplomatik xidmət haqqında” qanuna dəyişikliklər sabah, 14 may tarixində parlamentin komitələrində müzakirə ediləcək. Ehtimal olunur ki, qanun layihəsi elə həmin gün plenar iclasa da çıxarılacaq.

InterPress.ge xəbər verir ki, layihə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb.

 Qanun dəyişikliklərinə əsasən, diplomatik xidmətin prinsiplərinə və dəyərlərinə yeni etik və davranış normaları əlavə olunur ki, bu da diplomatik xidmət əməkdaşları üçün məcburi olacaq.

Qanun layihəsi həmçinin rotasiya qaydası ilə diplomatik və konsulluq nümayəndəliklərinə göndərilən şəxslərin ezamiyyət müddətindən əvvəl geri çağırılmasının əsaslarını tənzimləyir. Belə ki, nazirin inzibati-hüquqi aktı ilə təsdiqlənmiş etik və davranış qaydalarının pozulması, əgər bu, dövlət maraqlarına və imicinə zərər vurursa və ya parlamentin müəyyən etdiyi xarici siyasət kursuna və nazirliyin maraqlarına ziddirsə, həmin şəxsin vaxtından əvvəl geri çağırılmasına əsas ola bilər. Belə şəxslər diplomatik xidmətin ehtiyat kadr siyahısına əlavə olunacaqlar.

Dəyişikliklərə əsasən, diplomatik vəzifə tutan şəxslər və inzibati heyət illik deyil, ildə azı iki dəfə qiymətləndirmədən keçəcəklər.

Bundan əlavə, rotasiya müddətinin 6 ay əvəzinə 1 ilə qədər uzadılması da nəzərdə tutulur. Dəyişikliklərin məqsədi diplomatik xidmətin effektivliyini və peşəkarlığını artırmaqdır.

Bizimlə əlaqə saxlayın