15 
May
2025
18:13
972

Aydın Həmzəyevi güllələyərək qətlə yetirən şəxs saxlanıldı

Aydın Həmzəyevi qətlə yetirməkdə təqsirli bilinən bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyi bildirib.

1971-ci il təvəllüdlü M.A qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah saxlama ittihamı ilə saxlanılıb. Söhbət 2022-ci il sentyabrın 21-də Kaxetinin Keşəli kəndində baş vermiş və Aydın Həmzəyevin güllələndiyi qətldən gedir.

“İstintaqla müəyyən edilib ki, 2022-ci il sentyabrın 21-də Kaxetinin kəndlərindən birində təqsirləndirilən şəxs 1986-cı il təvəllüdlü A.H.-ya avtomat silahdan bir neçə dəfə atəş açaraq ölümcül yaralayıb və hadisə yerindən qaçıb. İş üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində təqsirləndirilən şəxs Kaxetidə saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108 və 236-cı maddələri ilə istintaq aparılır. Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın