04 
Iyn
2025
11:14
462

Orta yaşlı kişi avtomobilində ölü tapılıb

Xelvaçauri bələdiyyəsinin Acariscğali kəndində orta yaşlı kişi öz avtomobilində ölü tapılıb.

InterPress.ge xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Məlumata görə, kişi çayın yaxınlığında avtomobilində odlu silahla qətlə yetirilib.

Gürcüstanın Daxili İşlər Nazirliyindən “InterPressNews”a bildirilib ki, araşdırma Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı (odlu silah və sursatın qanunsuz əldə edilməsi, saxlanması və daşınması) maddələri ilə aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər