26 
Iyn
2025
13:15
383

Qabal kəndində baş verən cinayətlə bağlı iki nəfər saxlanıldı

Kaxeti Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfər – 1998-ci il təvəllüdlü G.O. və 1994-cü il təvəllüdlü E.İ. qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

İstintaqla müəyyən edilib ki, 2025-ci ilin 25 iyun tarixində Ləqodexi bələdiyyəsinin Qabal kəndində yerləşən aqrar bazarın ərazisində, həmin bazarda mağaza sahibi olan 1975-ci il təvəllüdlü F.A. odlu silahdan atəş açılaraq öldürülüb. Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılmadan dünyasını dəyişib. Hadisəni törədən şəxslər isə hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları hər iki şübhəlini isti izlərlə saxlayıb. Onlara qarşı Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə istintaq aparılır. Bu maddə üzrə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər