29 
Iyn
2025
21:28
459

Tbilisidə minlərlə insan küçələrə çıxdı

Rustaveli prospektində keçirilən etiraz aksiyasında Gürcüstan və Avropa İttifaqının bayraqları açıblar.

InterPress.ge xəbər verir ki, “Gürcüstan üçün qalx” adlı aksiyada vətəndaşlar 20:00-dan etibarən toplaşmağa başlayıblar. Tədbirdə çıxışlar planlaşdırılıb. Təşkilatçıların məlumatına görə, toplaşanlara Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də müraciət edəcək.

Aksiya təşkilatçıları bildirirlər ki, “hakimiyyətin repressiyaları artıq hamıya aiddir, çünki hazırda həbsdə olanlar arasında müxalif siyasi partiyaların liderləri, jurnalistlər, fəallar, aktyorlar, şairlər, müəllimlər və başqaları var”.

Onların sözlərinə görə, bu gün susmaq itaətkarlıq deməkdir və Gürcüstan vətəndaşları öz səslərini hakimiyyətə eşitdirməlidirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər