Acarıstan hökumətinin keçmiş sədri ağır vəziyyətdə Tbilisiyə aparıldı
Acarıstan hökumətinin keçmiş sədri Tornike Rijvadze Saqarecodakı “Geohospitals” klinikasından Tbilisidəki Birinci Universitet Klinikasına köçürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı mətbuata Birinci Universitet Klinikası təsdiqləyib. Klinikanın məlumatına görə, xəstənin vəziyyəti ağırdır.
Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi daha əvvəl məlumat yaymışdı ki, 7 iyulda Tornike Rijvadze Saqarecodakı “Geohospitals”a döş qəfəsində odlu silah yarası ilə çatdırılıb.
Nazirliyin məlumatına əsasən, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi — intihara çatdırma faktı üzrə istintaq aparılır və intensiv istintaq hərəkətləri davam edir.
Tornike Rijvadzeyə təcili tibbi yardım göstərilib. Həkimlərin sözlərinə görə, onun ağciyəri zədələnib və vəziyyəti stabil-ağır olaraq qalır.
Həmçinin odlu silahın ehtiyatsız saxlanılması faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə bir nəfər təqsirləndirilən şəxs qismində saxlanılıb.


