28 
Iyl
2025
15:11
193

Keçmiş Müdafiə Nazirliyi rəsmilərinə vəzifədən sui-istifadə və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı rəsmi ittiham irəli sürüldü

Gürcüstan Baş Prokurorluğu Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli şəxslərinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək böyük məbləğdə dövlət vəsaitinin mənimsənilməsi və bu mənimsəməyə kömək etmək ittihamı irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə  Gürcüstan Prokurorluğu məlumat yayıb.

İttihama görə, 2023-cü ildə keçmiş müdafiə nazirinin müavini, Satınalma Departamentinin o zamankı rəhbəri və keçmiş müdafiə nazirinin qohumu birlikdə hərəkət edərək hərbi hospital üçün maqnit-rezonans tomoqrafiya aparatının alınması zamanı məqsədli şəkildə qeyri-rəqabətli mühit yaradıblar. Bu yolla cihazın real qiyməti süni şəkildə artırılıb: 2 606 272 lari dəyərindəki aparat Müdafiə Nazirliyinə 3 940 000 lariyə satılıb.

Bu sxem nəticəsində dövlət büdcəsinə 1 333 728 lari zərər dəyib.

İstintaq davam edir və təqsirləndirilən şəxslər Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin II hissəsinin “a” və “d” bəndləri, həmçinin III hissənin “b” bəndi ilə ittiham olunurlar. Bu maddələr 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq artıq məhkəməyə müraciət edərək ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib.

Bizimlə əlaqə saxlayın