06 
Avq
2025
14:27
350

Jurnalist azadlıqdan məhrum edildi

Batumi Şəhər Məhkəməsinin hakimi Nino Saxelaşvili “Batumelebi” nəşrinin təsisçisi Mziya Amaglobeliyə qarşı irəli sürülmüş ittihamı yenidən təsnif edib.

InterPress.ge xəbər verir ki, başlanğıcda Mziya Amaglobeliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 353¹-ci maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülmüşdü. Bu maddə polisə, xüsusi penitensiar xidmətin əməkdaşına, digər dövlət nümayəndəsinə və ya ictimai quruma hücumu nəzərdə tutur və 4 ildən 7 ilədək həbs cəzası ilə cəzalandırılır.

Lakin hakim onun əməlinin Cinayət Məcəlləsinin 353-cü maddəsinə uyğun olduğunu müəyyən edib. Bu maddə ictimai asayişi qoruyan vəzifəli şəxsə və ya digər hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməyi, hədə qorxu və ya zorakılığı nəzərdə tutur. Maddəyə əsasən, cəza olaraq cərimə, 2 ilədək ev dustaqlığı və ya 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə tətbiq oluna bilər.

Məhkəmənin hökmünə əsasən, Mziya Amaglobeli 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər