07 
Avq
2025
12:50
675

Qara dəniz sahilində istirahətə getmək istəyənlərin nəzərinə - Hava proqnozu

Qara dənizsahili bölgəsində davam edən qeyri-sabit hava şəraiti istirahət üçün gələn turistlərin narahatlığına səbəb olub.

InterPress.ge xəbər verir ki, Gürcüstanın uzunmüddətli hava proqnozları şöbəsinin rəhbəri Xatuna Koqosadze Ambebi.ge-yə yaxın günlərdə gözlənilən hava haqqında məlumat verib.

Onun sözlərinə görə, avqustun 7-də bölgədə hava əsasən yağıntısız olacaq, havanın temperaturu +29, +30 dərəcəyə çatacaq. Lakin avqustun 8-i günün ikinci yarısından başlayaraq hava yenidən pisləşəcək və avqustun 10-dək fasilələrlə yağış yağacaq. Avqustun 9-da güclü yağış gözlənilir, temperatur isə +26, +27 dərəcəyə enəcək.

Eyni zamanda, qərb istiqamətindən külək əsəcək və bu, dənizdə böyük dalğaların yaranmasına səbəb olacaq.

Hazırda əhali üçün rəsmi xəbərdarlıq verilməyib. Xatuna Koqosadze bildirib ki, prosesin intensivliyi müşahidə olunur və əgər yaxın günlərdə – sabah və ya birigün hava şəraitində ciddi dəyişiklik baş verərsə, rəsmi xəbərdarlıq ediləcək. Onun sözlərinə görə, avqustun 8-i günün sonundan 11-dək fasilələrlə yağış mütləq olacaq və bu proqnoz dəyişməyəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər