18 
Avq
2025
11:46
317

Ekspert: “Açıq ticarət yerlərindən, xüsusən də yüksək riskli məhsullar almaq olmaz”

Qida təhlükəsizliyi üzrə mütəxəssis İrakli Arabulinin sözlərinə görə, vətəndaşlar açıq ticarət yerlərindən, xüsusən də ət və süd məhsulları kimi yüksək risk daşıyan qidalardan uzaq durmalıdırlar.

InterPress.ge xəbər verir ki, o, bu barədə “Businesspressnews”la müsahibəsində danışıb.

Arabulinin sözlərinə görə, ət məhsulları yalnız soyuducuda saxlanılmalı və satılmalıdır. Gürcüstanda bütün təşkilatlanmış satış məntəqələrinin, o cümlədən bazarların öhdəliyi var ki, ət məhsullarını soyuducuda saxlasınlar və bu yerlərdə dövlət nəzarəti də həyata keçirilir.

Ekspert bildirib ki, küçə ticarəti obyektlərinə dövlət nəzarəti şamil olunmur. Buna görə də soyuducusuz açıq satış yerlərində saxlanılan ət məhsullarının alınması insan sağlamlığı üçün ciddi risk yaradır.

“Ümumiyyətlə, açıq ticarət yerlərindən heç nə almamalıyıq, xüsusən də yüksək riskli məhsulları – süd və ət məhsullarını. Əgər bazarın kənarında, soyuducu olmadan ət satılırsa, bu, dövlət nəzarətinin olmadığı deməkdir və həmin ətin alınması təhlükəlidir. Hətta bazarda da ətin soyuducudan kənarda satılması qanun pozuntusudur və belə məhsul almamaq lazımdır,” – deyə Arabuli vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər