22 
Avq
2025
17:40
292

Prokurorluq iki şəxsi dövlət vəsaitini mənimsəməkdə ittiham edir

Gürcüstan Prokurorluğu vəzifə səlahiyyətlərindən istifadə etməklə böyük məbləğdə vəsaiti dələduzluq yolu ilə mənimsəmək faktı üzrə iki nəfərə ittiham irəli sürüb.

Qurumdan verilən məlumata görə, Maliyyə Nazirliyinin İstintaq Xidmətinin apardığı araşdırma nəticəsində müəyyən olunub ki, bir neçə şirkətin rəhbərləri bir neçə bələdiyyənin məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinə dövlət satınalma müqaviləsinin şərtlərini pozaraq keyfiyyətsiz və aşağı kalorili süd məhsulları təqdim ediblər. Bu yolla onlar dövləti aldadaraq təxminən 20 min lari məbləğində vəsaitə sahib olublar.

Tutulan şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci bəndi “b” və 3-cü bəndinin “a” və “b” yarımbəndləri ilə ittiham elan olunub. Bu maddələr vəzifə səlahiyyətlərindən istifadə etməklə böyük məbləğdə dələduzluq etməyə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər