25 
Avq
2025
16:56
269

Gürcüstanda 44 nəfərə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürüldü

Gürcüstan Prokurorluğu 44 nəfərə, o cümlədən xarici ölkə vətəndaşlarına, narkotik vasitələrin böyük və xüsusilə böyük miqdarda qanunsuz əldə edilməsi, saxlanması, satılması, satışına dəstək göstərilməsi və ölkəyə qanunsuz gətirilməsi faktları üzrə ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən olunub ki, saxlanılan şəxslər müxtəlif növ və miqdarda, o cümlədən böyük və xüsusilə böyük miqdarda narkotik vasitələri qanunsuz əldə edib saxlayır və onların satışını həyata keçirirdilər. Onlardan bəziləri isə narkotikləri Gürcüstana qanunsuz olaraq gətirmişdi.

Əməliyyat tədbirləri nəticəsində müxtəlif narkotik vasitələr götürülüb: kokain, MDMA, 2-CB, alfa-PVP, metadon, heroin, morfin, kodein, amfetamin, buprenorfin, metamfetamin və qurudulmuş marixuana.

İstintaq materiallarına əsasən, saxlanılanlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin bir sıra maddələri – 260-cı, 262-ci, 260-III və 260-IV-cü maddələrin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb. Bu maddələr böyük və xüsusilə böyük miqdarda narkotiklərin qanunsuz dövriyyəsini, ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsini, satışını və dəstək göstərilməsini nəzərdə tutur.

Qanunvericilik bu əməllərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən edir.

Prokurorluq artıq bir çox təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edib. Onların bir hissəsinə həbs qətimkan tədbiri tətbiq olunub, qalanları ilə bağlı isə məhkəmə yaxın günlərdə qərar verəcək.

Qurumun açıqlamasında bildirilib ki, Prokurorluq narkotik alverçilərinə qarşı sərt cinayət siyasəti həyata keçirir və bu xətt gələcəkdə də davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər