Psixotrop dərmanların alınması üçün saxta reseptlər hazırlayan şəxsə qarşı ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu kommersiya rüşvəti və psixotrop maddələrin alınması üçün saxta reseptlərin hazırlanıb satılması faktına görə bir nəfərə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Qurumun məlumatına görə, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin apardığı istintaqla müəyyən olunub ki, Kaxeti bölgəsində fəaliyyət göstərən MMC “Psixo-diaqnostika və Psixo-korreksiya Mərkəzi”nin direktoru pul müqabilində qanunsuz olaraq psixotrop dərmanların alınması üçün nəzərdə tutulmuş reseptlər hazırlayaraq verirdi.
Tutulan şəxsə ittiham Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 3-cü hissəsi (kommersiya rüşvəti) və 268-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (vəzifə səlahiyyətlərindən istifadə etməklə psixotrop maddənin alınması üçün saxta reseptin hazırlanması və satılması) əsasında irəli sürülüb. Cinayət 6 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq artıq Telavi Rayon Məhkəməsinə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təqdim edib.


