06 
Sen
2025
13:23
515

Vahid Milli Hərəkat liderləri Marneuliyə səfər ediblər - FOTO

Vahid Milli Hərəkat Partiyası 4 oktyabr tarixində Rustaveli prospektində keçirilməsi planlaşdırılan toplantıya hazırlıqları davam etdirir. 

InterPress.ge məlumat verir ki, bu məqsədlə partiyanın baş katibi Petre Çiskarişvili, regional katib Qiorqi Botkoveli, partiya liderlərindən Ceyhun Məhəmmədəli, Marneuli qərargahının rəhbəri Azad Kərimov və partiyanın bələdiyyə deputatı Ramal Əhmədov Kvemo Kartli bölgəsinə, xüsusilə Marneuliyə səfər ediblər. 

Belə ki, onlar əhali ilə görüşüb 4 oktyabr aksiyası barədə məlumat bukletləri paylayıblar və vətəndaşları toplantıda iştirak etməyə dəvət ediblər.
Partiya rəhbərlərinin açıqlamasına görə, görüşlər zamanı əhaliyə izah olunub ki, saxtakar siyasi təşkilat “5 nömrə” adı altında insanları çaşdırmağa çalışır. 

Onların sözlərinə görə, keçiriləcək seçkilər Rusiya xüsusi əməliyyatı xarakteri daşıyır və Vahid Milli Hərəkat bu əməliyyatda iştirak etmir.

Partiyanın baş katibi Petre Çiskarişvili jurnalistlərə açıqlamasında bildirib:
“Biz bu gün Marneulidə və digər bölgələrdə insanlarla görüşür, onları 4 oktyabr aksiyası ilə bağlı məlumatlandırırıq. Bizim əsas məqsədimiz cəmiyyətə aydın şəkildə çatdırmaqdır ki, bu seçkilər saxta oyunlardan ibarətdir və xalqın iradəsini əks etdirmir. 4 oktyabrda Rustaveli prospektində bütün Gürcüstan xalqı birləşəcək və hakimiyyətə öz sözünü deyəcək.”

Partiya liderlərindən biri olan Ceyhun Məhəmmədəli isə qeyd edib:
“Bizim çağırışımız sadəcə siyasi bir aksiyaya dəvət deyil. Bu, Gürcüstan vətəndaşlarının azadlıq və ədalət uğrunda birliyinin nümayişidir. Rusiya tərəfindən idarə olunan saxta seçkilərə qarşı xalqın etirazı məhz 4 oktyabrda Rustaveli prospektində görünəcək. Mən bütün soydaşlarımızı, bütün gürcüstanlıları bu günə qatılmağa dəvət edirəm. Hər bir insanın iştirakı ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət daşıyır.”

Liderlər çıxışlarında bir daha cəmiyyəti 4 oktyabrda Rustaveli prospektində birləşməyə və tədbirə qatılmağa çağırıblar.



 


 


 


 


 


 


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər