Daxili İşlər Nazirliyi bəyanat yaydı
Melikişvili prospektində vətəndaşlar arasında baş verən qarşıdurma hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsi, yəni qrup tərəfindən törədilən zorakılıq hərəkətləri ilə bağlı araşdırmalara başlanılıb.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.
Qurumun yaydığı məlumatda bildirilir ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq istintaq tədbirləri aparılır.
“Daxili İşlər Nazirliyi Tbilisi şəhərinin Melikişvili prospektində vətəndaşlar arasında baş vermiş qarşıdurma hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsi ilə, yəni qrup tərəfindən törədilən zorakılıqla bağlı araşdırmalara başlayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Günorta saatlarında Melikişvili prospektində vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətin aradan qaldırılması və münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görüblər", - məlumatda deyilir.


