13 
Sen
2025
11:28
491

GASU-nun ilk rəsmi görüşü Marneulidə keçirildi - FOTO

12 sentyabr 2025-ci il tarixində Marneulidə yerləşən "Tea House" məkanında Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin (GASU) ilk rəsmi görüşü baş tutub.

InterPress.ge xəbər verir ki, görüşdə Gürcüstanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan və GASU-nun üzvü olan tələbələr iştirak ediblər.

Tədbirdə ilk olaraq iştirakçılara GASU üzvlük kartları təqdim olunub. Ardınca təşkilatın rəhbəri Aytəkin Allahverdiyeva tələbələrə Erasmus+ proqramı çərçivəsində tələbə mübadiləsi imkanları barədə ətraflı məlumat verib. Daha sonra Emil Allahverdiyev gənclər üçün elan olunmuş layihələrdən danışıb, Arzu Əliyeva isə düzgün CV tərtib etməyin yolları ilə bağlı təqdimatla çıxış edib.

Görüşün yekununda tələbələri maraqlandıran suallar cavablandırılıb, həmçinin gələcək fəaliyyət planları və növbəti layihələr barədə fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər