13 
Sen
2025
21:44
327

Keçmiş müdafiə naziri həbs cəzasına məhkum edildi

Vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirləndirilən keçmiş müdafiə naziri Cuanşer Burçuladze barəsində həbs qətimkan tədbiri seçilib.

InterPress.ge xəbər verir ki, hakim Eka Barbakadze ittiham tərəfinin vəsatətini təmin edib.

Bundan əvvəl müdafiə tərəfi zaminə buraxılması ilə bağlı məhkəməyə vəsatət vermiş, hakim təmin etməmişdi.

Məlumat üçün bildirək ki, Prokurorluğun məlumatına görə, Cuanşer Burçuladze 2023-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müavini, qohumu və Gürcüstan Müdafiə Nazirliyinin Təchizat Departamentinin keçmiş rəisinin köməyi ilə hərbi hospitala 2.606.272 lari əvəzinə 3.940.000 lariyə tibbi ləvazimat verib, nəticədə nazirliyə 723333 lari ziyan vurub.

2025-ci ilin martında Cuanşer Burçuladze və həyat yoldaşı İspaniyada 544 min avroya mülk alıblar. Əmlakın mənşəyini gizlətmək və ört-basdır etmək və ona qanuni görkəm vermək məqsədilə üçüncü şəxslə Tskneti rayonunda yerləşən daşınmaz əmlakın qondarma alqı-satqı müqaviləsi bağlayıblar.

Keçmiş müdafiə naziri ümumilikdə 1 milyon 593 min 212 lari olan qanunsuz və əsassız gəlirləri leqallaşdırmaqda ittiham olunur.

Cuanşer Burçuladzeyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “q” bəndi və 332-ci maddəsinin 2-ci hissəsi, yəni dövlət və ya siyasi vəzifə tutan şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı ittiham irəli sürülüb. Qeyd olunan əməl 9 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın