17 
Sen
2025
15:45
216

Azyaşlıya qarşı fiziki zorakılıq edən qadına 3 000 lari girov tətbiq olunub

Tbilisi Şəhər Məhkəməsinin hakimi Lela Maridaşvilinin qərarı ilə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıqda ittiham olunan armrestlinqçi Xatia Viblianaya 3 000 lari məbləğində girov tədbiri seçilib.

InterPress.ge xəbər verir ki, Prokuror Natia Nozadzenin açıqlamasına görə, Vibliana 15 yaşlı yeniyetməyə əl və ayaqları ilə fiziki zorakılıq göstərib.

Hadisə 11 sentyabrda Tbilisidəki mağazalardan birində baş verib və zorakılıq mağazanın yaxınlığında da davam edib.

Prokurorluq məhkəmədən 3 000 lari məbləğində girovun seçilməsini tələb edib. Müdafiə tərəfi girovun azaldılması barədə vəsatət qaldırıb.

Məhkəmədə çıxış edən Vibliana günahını etiraf edib və peşmanlığını bildirib: “Cinayəti etiraf edirəm və peşmanam”. O, hazırda idmançı olduğunu, gəlirinin isə yalnız sosial yardımla məhdudlaşdığını qeyd edib.

Xatırladaq ki, Xatia Viblianaya qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə irəli sürülüb və bu maddə iki ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın