İrakli Kobaxidze: Aşağı korrupsiya səviyyəsinə görə Avropa ölkələri arasında ilk üçlükdə olmaq istəyirik
"Biz atılan addımlarla aşağı korrupsiya səviyyəsinə görə Avropa ölkələri arasında ilk üçlükdə yer almaq istəyirik. Bu məqsədə nail olmaq tamamilə realdır".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Kobaxidzenin sözlərinə görə, korrupsiyaya qarşı mübarizə bütün istiqamətlərdə, o cümlədən müvafiq işlərin araşdırılması üzrə davam etdirilir.
"Hökumətin fəaliyyətində, dövlət strukturlarının fəaliyyətində dəyişikliklər etdiyimizlə yanaşı, bütün mümkün qanun pozuntularının araşdırılması üçün də tədbirlər görürük. Korrupsiyaya qarşı fəal mübarizə bütün istiqamətlərdə davam etdiriləcək. Sizə iddialı məqsədimizi xatırlatmaq istərdim - korrupsiyanın olmaması baxımından Avropada ilk üçlükdə yer almaq istəyirik və buna mütləq nail olmaq istəyirik. Bu, artıq atılan addımlarla realdır, mən belə hesab edirəm”, - İrakli Kobaxidze bildirib.


