11 
Nybr
2025
23:46
344

Türkiyə “Akinci” pilotsuz uçuş aparatını Gürcüstana göndərdi

Türkiyə Gürcüstan ərazisində qəzaya uğramış hərbi-nəqliyyat təyyarəsinin axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün “Akinci” tipli pilotsuz uçuş aparatını (PUA) göndərib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı APA agentliyinin Türkiyə bürosu yayıb.

Bildirilib ki, “Akinci” PUA yaxın saatlarda axtarış işlərinə qoşulacaq.

Qeyd olunur ki, eyni tipli pilotsuz aparat 2024-cü ildə İran Prezidentinin təyyarə qəzası zamanı da axtarış əməliyyatlarında istifadə olunmuşdu.

Xatırladaq ki, Sığnaqı (Siğnaği) bələdiyyəsində, Gürcüstan–Azərbaycan sərhədindən təxminən 5 kilometr məsafədə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarə Azərbaycan–Türkiyə marşrutu üzrə uçuş həyata keçirirdi.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə aparılır. Bu maddə hava nəqliyyatı təhlükəsizliyi və istismarı qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.

Təyyarənin göyərtəsində 20 nəfər olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər