07 
Dek
2025
14:17
164

ABŞ dövlət katibinin müavini: “Vaşinqton NATO və Aİ arasında yaranmış ziddiyyəti artıq idarə edə bilmir”

ABŞ dövlət katibinin müavini Kristofer Landau bildirib ki, Brüsseldə NATO nazirlər toplantısında keçirdiyi son görüş onun üçün bir əsas təsəvvür yaradıb – ABŞ artıq NATO və Avropa İttifaqı arasındakı açıq uyğunsuzluğu idarə etməkdə çətinlik çəkir.

Landau vurğulayıb ki, hər iki təşkilatda demək olar eyni ölkələr təmsil olunur, lakin bu ölkələr NATO və Aİ çərçivəsində bir-birinə tam zidd siyasətlər yürüdürlər.

“Eyni dövlətlər NATO-nun 'şlyapasını' taxanda bildirirlər ki, transatlantik əməkdaşlıq bizim ümumi təhlükəsizliyimizin təməlidir. Amma bu ölkələr Aİ-nin 'şlyapasını' taxanda elə siyasətlər həyata keçirirlər ki, bunlar bəzən ABŞ-ın maraqlarına və təhlükəsizliyinə tamamilə ziddir – məsələn, senzura, iqtisadi intihar/‘iqlim fanatizmi’, açıq sərhədlər siyasəti, milli suverenliyin zəiflədilməsi, çoxtərəfli idarəçilik və vergilərin təşviqi, kommunist Kuba rejiminə dəstək və sair. Bu uyğunsuzluq uzun müddət davam edə bilməz,” – Landau deyib.

O həmçinin bildirib ki, Avropanın böyük dövlətləri qərar verməlidir – onlar Qərb sivilizasiyasını müdafiə edən tərəfdaşlardır, ya yox.

“Biz özümüzü tərəfdaş kimi göstərə bilmərik, əgər həmin ölkələr Brüsseldə Aİ-nin seçilməmiş, qeyri-demokratik və qeyri-reprezentativ bürokratiyasına sivilizasiya baxımından intihar mahiyyəti daşıyan siyasətləri həyata keçirməyə imkan verirlərsə,” – ABŞ rəsmisi əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər