22 
Dek
2025
11:01
301

Dünyanın 100 ən yaxşı mətbəxi siyahısında Gürcüstan 21-ci yerdədir – hansı qonşu ölkə onu qabaqlayır

TasteAtlas tərəfindən tərtib edilən 2025–2026-cı illər üzrə dünyanın 100 ən yaxşı milli mətbəxi reytinqində Gürcüstan 21-ci pillədə qərarlaşıb. Nəşr yazır ki, gürcü mətbəxi xaçapuri, xinkali, kabab, ketsi üzərində toyuq və digər ənənəvi yeməkləri ilə tanınır.

Reytinqdə Gürcüstanı region ölkələri arasında yalnız Türkiyə qabaqlayır. Türkiyə mətbəxi siyahıda 7-ci yerdə qərarlaşıb. Digər qonşu ölkələr isə Gürcüstandan geridə qalıb: Rusiya 28-ci, Azərbaycan 67-ci, Ermənistan isə 87-ci pillədə yer alıb.

TasteAtlas reytinqinə əsasən, 2025–2026-cı illərdə dünyanın ən yaxşı mətbəxinə sahib ölkə İtaliya seçilib. İlk onluqda həmçinin Yunanıstan, Peru, Portuqaliya, İspaniya, Yaponiya, Çin, Fransa və İndoneziya kimi ölkələr də yer alıb.

Bizimlə əlaqə saxlayın