İran XİN rəsmisi: İranın yeni ali lideri yaralanıb, lakin vəziyyəti yaxşıdır
İranın yeni ali lideri yaralanıb, lakin hazırda özünü yaxşı hiss edir.
InterPress.ge xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İtaliya mediasına verdiyi müsahibədə bildirib.
“Onun ilk çıxışının nə vaxt olacağını bilmirəm”, – deyə Bəqai qeyd edib.
InterPress.ge-nin məlumatına görə, İsmayıl Bəqai həmçinin Müctəba Xameneyinin İranın ali lideri seçilməsi prosesi barədə danışaraq bildirib ki, bu seçim ölkə konstitusiyasına uyğun şəkildə həyata keçirilib.
“Ali lider vəzifəsi üçün üç və ya dörd namizəd təqdim olunmuşdu, lakin Ekspertlər Assambleyasının əksəriyyəti onu seçdi. Bu da göstərir ki, sistem bir nəfər tərəfindən idarə olunmur”, – deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.


