13 
Apr
2026
10:18
257

Seçkilərdə qalib gələn müxalifətl ideri: “Biz buna nail olduq – Orban rejimini dəyişdik və ölkəmizi geri qaytardıq”

Macarıstanda müxalif Tisa Partiyasının lideri Piter Madiar seçkilərdə qələbə münasibətilə tərəfdarlarına müraciət edib.

InterPress.ge xəbər verir ki, Madiar çıxışı zamanı partiyasının böyük üstünlüklə qalib gəldiyini bildirib.

“Salam, əziz həmvətənlərim, biz buna nail olduq! ‘Tisa’ və Macarıstan bu seçkiləri qazandı. Həm də kiçik fərqlə yox, çox böyük üstünlüklə. Birlikdə Orban rejimini dəyişdik, birlikdə Macarıstanı azad etdik. Ölkəmizi geri qaytardıq. Təşəkkür edirəm. Bu, sizin dəstəyiniz olmadan mümkün olmazdı”, – deyə o vurğulayıb.

Madiar qeyd edib ki, ölkənin demokratik tarixində heç vaxt bu qədər yüksək seçici fəallığı qeydə alınmayıb və heç bir siyasi qüvvə belə böyük mandat əldə etməyib.

Onun sözlərinə görə, partiyası parlamentdə çoxluq əldə edəcək.

“Biz parlamentdə üçdə iki çoxluğa sahib olacağıq”, – deyə Piter Madiar bildirib.

Qeyd edək ki, baş nazir Viktor Orban artıq məğlubiyyətini etiraf edib.

Bizimlə əlaqə saxlayın