13 
Apr
2026
18:47
246

ABŞ İranla bağlı dəniz blokadasını tətbiq etməyə başlayıb

ABŞ-ın elan etdiyi İranla bağlı dəniz blokadası qüvvəyə minib və regionda tətbiq olunur.

InterPress.ge xəbər verir ki, bu barədə CENTCOM (ABŞ-ın Yaxın Şərq üzrə hərbi komandanlığı) məlumat yayıb.

Məlumata görə, blokada Oman körfəzi, Hörmüz boğazının şərq hissəsi və Ərəbistan dənizində qüvvəyə minib. Qurumun açıqlamasında qeyd olunur ki, məhdudiyyətlər bayrağından asılı olmayaraq bütün ölkələrin gəmilərinə şamil edilir.

“İcazəsiz blokada zonasına daxil olan və ya onu tərk edən istənilən gəmi saxlanıla, istiqaməti dəyişdirilə və ya həbs oluna bilər”, – deyə açıqlamada bildirilir.

Eyni zamanda vurğulanır ki, İran limanlarına və sahil zonalarına daxil olan və ya oradan çıxan bütün gəmilər blokada rejiminə tabe olacaq.

Bununla yanaşı qeyd olunur ki, CENTCOM qüvvələri Hörmüz boğazından qeyri-İran limanları istiqamətində hərəkət edən gəmilərin sərbəst naviqasiyasına müdaxilə etməyəcək.

Bizimlə əlaqə saxlayın