İran ABŞ-ə xəbərdar edir: blokada davam etsə, dəniz ticarəti dayandırılacaq
İran ABŞ-nin dəniz blokadasını davam etdirməsi halında regionda ticarət daşımalarının qarşısını alacağını bəyan edib.
InterPress.ge xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin mərkəzi qərargahı açıqlama yayıb.
Məlumata görə, açıqlamada bildirilir ki, ABŞ tərəfindən blokadanın davam etdirilməsi atəşkəsin pozulması kimi qiymətləndiriləcək. Qeyd olunur ki, İranın silahlı qüvvələri Fars körfəzi, Oman körfəzi və Qırmızı dənizdə ticarət məqsədli ixrac və idxal daşımalarına icazə verməyəcək.
“İslam Respublikasının güclü silahlı qüvvələri bu bölgələrdə hər hansı ticarət fəaliyyətinin davam etməsinə imkan verməyəcək”, – deyə İran Silahlı Qüvvələrinin Baş Qərargahının “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının bəyanatında qeyd olunub.


