Məhəmməd Baqer Qalibaf: ABŞ blokadanı davam etdirsə, Hörmüz boğazı bağlanacaq
“ABŞ blokadanı davam etdirərsə, Hörmüz boğazı açıq qalmayacaq.”
InterPress.ge xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bu barədə sosial şəbəkə X-də paylaşım edib.
Onun sözlərinə görə, ABŞ prezidenti tərəfindən səsləndirilən son bəyanatlar həqiqəti əks etdirmir və bu cür yanaşma nə müharibədə, nə də danışıqlarda nəticə verəcək.
Qalibaf qeyd edib ki, blokada davam edəcəyi təqdirdə İran Hörmüz boğazının açıq qalmasına imkan verməyəcək.
O əlavə edib ki, boğazdan keçid yalnız müəyyən edilmiş marşrutlar üzrə və İranın icazəsi ilə mümkün olacaq.
Qeyd edək ki, daha əvvəl Abbas Araqçi Hörmüz boğazının kommersiya gəmiləri üçün açıq olduğunu bildirmişdi. ABŞ prezidenti Donald Tramp isə boğazın açıq olduğunu təsdiqləsə də, İranla bağlı dəniz blokadasının davam edəcəyini vurğulayıb.


