19 
Apr
2026
12:03
182

İran: Hörmüz boğazı ABŞ blokadanı aradan qaldırana qədər bağlı qalacaq

İran Hörmüz boğazının ABŞ tərəfindən tətbiq edilən blokada ləğv olunana qədər bağlı qalacağını açıqlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə İran dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İranın dəniz qüvvələri Hörmüz boğazına yaxın ərazidə olan gəmiləri xəbərdar edərək bildiriblər ki, boğaza daxil olmasınlar, əks halda “düşmən” kimi qiymətləndiriləcəklər.

Qeyd edək ki, ABŞ və İran arasında gərginliyin artmasından sonra Tehran Hörmüz boğazını bağlamışdı. İran bəyan etmişdi ki, İsrail Livana qarşı hərbi əməliyyatları dayandıracağı təqdirdə boğazı açacaq.

İsrail və Livan arasında atəşkəs razılaşması 17 apreldə qüvvəyə minsə də, ABŞ İran limanlarına qarşı blokadanı davam etdirib. Bu səbəbdən İran boğazı qısa müddətlik açdıqdan sonra yenidən bağlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər