19 
Apr
2026
18:53
286

Qlobal bazarda qızıl bahalaşır – qiymətlər Gürcüstanda da artıb

Qlobal bazarlarda qızılın qiyməti artmaqda davam edir.

InterPress.ge xəbər verir ki, son ticarət nəticələrinə əsasən, 1 unsiya qızılın qiyməti 46 dollar artaraq 4 831 dollara çatıb.

Məlumata görə, gün ərzində qiymət 0.9% yüksəlib, son bir ayda 3.9%, illik müqayisədə isə 44% artım qeydə alınıb.

Qlobal bazardakı bahalaşma Gürcüstanda da özünü göstərib. Belə ki, ölkədə qızılın qiyməti bir gün ərzində orta hesabla 6 lari artıb.

Hazırda 999 əyarlı 1 qram qızılın qiyməti təxminən 434 lari təşkil edir. Halbuki əvvəlki günlərdə bu göstərici orta hesabla 428 lari səviyyəsində idi.

Gümüşə gəlincə, 999 əyarlı gümüşün qiymətində azalma müşahidə olunub. Belə ki, dünən 1 qram gümüş 7.59 lari olduğu halda, bu gün qiymət 7.56 lariyə enib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər