İran generalı: İsrail və ABŞ çıxılmaz vəziyyətə düşüb
İranın yüksək rütbəli hərbi rəsmisi İsrail və ABŞ-la bağlı sərt bəyanatla çıxış edib.
InterPress.ge xəbər verir ki, media məlumatlarına əsasən, İran İnqilab Keşikçiləri Korpusunun fəaliyyəti nəticəsində İsrail və ABŞ “çıxılmaz vəziyyətə və tükənməyə məruz qalıb”.
Bu barədə İranın ali hərbi qərargah rəisi, general-mayor Abdulahi bildirib.
Onun sözlərinə görə, bu vəziyyət qarşı tərəfi “çarəsizlikdən atəşkəs tələb etməyə” məcbur edib.
General əlavə edib ki, İran Silahlı Qüvvələri “ABŞ-ın yalançı prezidenti”nin, xüsusilə Hörmüz boğazı ilə bağlı vəziyyət haqqında “saxta narrativlər yaratmasına” imkan verməyəcək.
Eyni zamanda, BBCnin məlumatına görə, İran dövlət televiziyası İslamabadda hələlik İrandan heç bir nümayəndə heyətinin olmadığını bildirib.
BBC həmçinin Cənubi Asiya üzrə müxbirinə istinadən yazır ki, İran hakimiyyətinin daxilində siyasi gərginlik mövcuddur və sərt xətti dəstəkləyən qüvvələr danışıqlar aparan tərəflərə təzyiq göstərərək diplomatiya əvəzinə münaqişə yolunun seçilməsini tələb edirlər.


