26 
Apr
2026
10:33
212

Tramp: Ağ Ev müxbirlərinin şam yeməyindəki insident İranla əlaqəli deyil

ABŞ prezidenti Donald Trump Ağ Ev müxbirlərinin assosiasiyasının təşkil etdiyi tədbirdə baş verən insidentlə bağlı açıqlama verib.

InterPress.ge xəbər verir ki, Tramp bildirib ki, mövcud məlumatlara əsasən hadisənin İranla əlaqəli olduğunu düşünmür, lakin əlavə edib ki, Tehrana qarşı addımları onu potensial hədəfə çevirə bilər.

“Belə addımlar atanda hədəfə çevrilirsən. Əgər bunları etməsəydim, yəqin ki, daha az hədəf olardım, amma bu mənim üçün şərəfdir”, – deyə Donald Trump Ağ Evdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, baş verən hadisə İranla bağlı siyasətinə təsir etməyəcək.

“Bu, İranla müharibəni qazanmağımıza mane olmayacaq. Bunun əlaqəsi olub-olmadığını bilmirəm, amma bildiklərimizə əsasən belə düşünmürəm”, – deyə o qeyd edib.

Tramp həmçinin təsdiqləyib ki, şübhəli şəxs saxlanılıb.

“Onu saxladılar. O, xəstədir, çox xəstə bir insandır. Tədbiri təxirə salacağıq. Heç kimə cəmiyyətimiz üzərində nəzarət qurmağa imkan verməyəcəyik. Heç nəyi ləğv etməyi planlaşdırmırıq”, – deyə prezident bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump və birinci xanım Melania Trump Ağ Ev müxbirlərinin assosiasiyasının təşkil etdiyi şam yeməyindən silahlı şəxsin təhlükəsizlik qüvvələrinə atəş açmasından sonra təxliyə ediliblər.

Bizimlə əlaqə saxlayın