11 
May
2026
10:29
175

İran ABŞ-ın planını rədd edib

İran ABŞ tərəfindən təqdim olunan planı qəbul etməyib.

InterPress.ge xəbər verir ki, bu barədə “Sky News” İran mediasına istinadən məlumat yayıb.

Məlumata görə, Tehran hesab edir ki, həmin plan “Donald Trampın həddindən artıq tələblərinə boyun əymək” anlamına gəlirdi.

Yayılan məlumatlarda bildirilir ki, İranın cavab təklifində Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınması, ABŞ tərəfindən müharibə nəticəsində İrana vurulan ziyanın ödənilməsi, dondurulmuş İran aktivlərinin azad edilməsi və Vaşinqton tərəfindən tətbiq olunan sanksiyaların ləğvi tələbləri yer alıb.

“İranın planı ABŞ tərəfindən müharibə təzminatlarının ödənilməsinin vacibliyini vurğulayır və Hörmüz boğazı üzərində İranın suverenliyini təsdiqləyir. İran həmçinin sanksiyaların dayandırılmasının, ölkənin müsadirə edilmiş aktiv və əmlakının geri qaytarılmasının vacibliyini qeyd edib”, – deyə “Sky News” İran mediasına istinadla yazır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər