Mariya Zaxarova: Tbilisi ölkə üçün suverenliyin bərpası istiqamətində qəti seçim edib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Tbilisi ölkənin suverenliyinin bərpası istiqamətində düşünülmüş və qətiyyətli seçim edib.
InterPress.ge xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Moskva Tbilisinin xarici diktədən uzaqlaşmaq cəhdlərini anlayışla qarşılayır və Gürcüstanla münasibətlərin dərinləşdirilməsinə hazırdır.
"Biz Tbilisinin kənardan diktəni aradan qaldırmaq və xarici tərəfdaşlarla bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlıq etmək cəhdlərini anlayışla qarşılayırıq. Biz Rusiya-Gürcüstan əlaqələrini daha da dərinləşdirməyə hazırıq ki, bu da Gürcüstanın iqtisadi yüksəlişinin əsas amillərindən biridir. Biz bunu səmimi qəlbdən və xoş niyyətlə edirik", – deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva Tbilisi ilə qarşılıqlı hörmət prinsipi əsasında qurulan əməkdaşlığın genişləndirilməsinə hazırdır.
"Tbilisi ölkə üçün suverenliyin bərpası, gürcü xalqının maraqlarının təmin olunması və mən əlavə edərdim ki, ölkənin və xalqın ləyaqətinin qorunması naminə qəti və düşünülmüş seçim edib", – deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.


