15 
Iyn
2026
06:02
76

Tramp: İran İslam Respublikası ilə razılaşma yekunlaşıb

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası ilə razılaşmanın başa çatdığını bəyan edib və Hörmüz boğazının sərbəst istifadəsinə icazə verdiyini açıqlayıb.

InterPress.ge xəbər verir ki, Donald Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Təbrik edirəm hər kəsi! Mən Hörmüz boğazının maneəsiz və ödənişsiz açılması üçün tam səlahiyyət verirəm və eyni zamanda, ABŞ-ın dəniz blokadasını dərhal ləğv edirəm. Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft sərbəst axsın!", – deyə ABŞ Prezidenti yazıb.

Xatırladaq ki, bundan əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bəyan etmişdi. Onun sözlərinə görə, razılaşma bütün cəbhələrdə davam edən hərbi əməliyyatların dərhal və daimi şəkildə dayandırılmasını nəzərdə tutur.

Şərif həmçinin bildirib ki, sözügedən sənədin rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.

Bununla yanaşı, Donald Trampın son açıqlaması ABŞ və İran arasında razılaşmanın əldə olunduğuna dair indiyədək verilən ən qəti bəyanatlardan biri hesab olunur. Bununla belə, İran tərəfi hələlik Trampın bu açıqlamasına rəsmi münasibət bildirməyib.

Bizimlə əlaqə saxlayın