28 
Iyn
2026
19:52
91

İsrail hökuməti "erməni soyqırımı"nın tanınmasını təsdiqləyib

İsrail hökuməti Osmanlı imperiyası dövründə ermənilərin kütləvi qırğınını rəsmi olaraq "soyqırımı" kimi tanıyan qətnaməni yekdilliklə təsdiqləyib.

InterPress.ge xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.

Məlumata görə, qətnamə İsrailin xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə hökumətin iclasına çıxarılıb və Nazirlər Kabineti tərəfindən yekdilliklə qəbul edilib. Qərarın qüvvəyə minməsi üçün növbəti mərhələdə onun İsrail parlamenti – Knesset tərəfindən də təsdiqlənməsi gözlənilir.

Gideon Saar qərarı belə şərh edib:

"Düzgün addımı atmaq üçün heç vaxt gec deyil. 100 ildən çox əvvəl baş vermiş və tarixi faktları mübahisə doğurmayan bu dəhşətli soyqırımı 1,5 milyon insanın qətli və qədim mədəni-tarixi irsin məhv edilməsini əhatə edirdi. Hesab edirəm ki, bu gün təsdiqlədiyimiz qətnamənin qəbul edilməsi yəhudilər və əlbəttə ki, yəhudi xalqının dövləti olaraq bizim mənəvi və tarixi borcumuzdur."

Bizimlə əlaqə saxlayın