01 
Iyl
2026
16:13
104

Marneulidə görkəmli aktyor Möhsün Sənaninin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Marneulidə fəaliyyət göstərən "İnkişaf və Təhsil Mərkəzi" nəzdində yaradılmış "Azərbaycan Ədəbiyyatı və İncəsənəti Klubu" növbəti maarifləndirici tədbirini keçirib.

InterPress.ge xəbər verir ki, iyulun 1-də "Tea House" məkanında təşkil olunan tədbir Azərbaycanın tanınmış teatr və kino aktyoru Möhsün Sənaninin həyat və yaradıcılığına həsr edilib.

Tədbirin moderatoru Türkan Kazımlı çıxış edərək Möhsün Sənaninin Marneulidən Bakıya uzanan zəngin sənət yolu, kiçik həvəskar teatr dərnəyindən başlayaraq böyük səhnələrə yüksəlməsi və xalq sevgisi qazanması barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə "Tea House" kurslarının 45 yeniyetmə və gənc üzvü iştirak edib.

Proqram çərçivəsində Möhsün Sənaninin rol aldığı filmlərdən seçilmiş fraqmentlər nümayiş etdirilib. İştirakçılar "Molla Fətəlinin güzəştləri""Şeyx Sənan" filmlərindən səhnələrə, həmçinin aktyorun yaradıcılığı boyunca canlandırdığı müxtəlif obrazlara baxıblar.

Tədbirin sonunda klubun yaxın vaxtlarda həyata keçirəcəyi növbəti layihələr və görüşlər barədə iştirakçılara məlumat verilib.

Qeyd edək ki, "Azərbaycan Ədəbiyyatı və İncəsənəti Klubu"nun əsas məqsədi gənclərin Azərbaycan ədəbiyyatı və incəsənəti sahəsində biliklərinin artırılması və onların milli-mədəni irslə daha yaxından tanış edilməsidir. Klubun ilk tədbiri görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuşdu.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər