02 
Iyl
2026
18:14
106

Urekidə dənizdə 3 yaşlı uşaq boğularaq ölüb

Ureki qəsəbəsində dənizdə 3 yaşadək uşağın boğularaq həyatını itirdiyi bildirilir.

InterPress.ge xəbər verir ki, yayılan məlumata görə, azyaşlı xarici ölkə vətəndaşı olan ailənin çadırından xəbərsiz çıxaraq dənizə gedib.

Hadisə nəticəsində uşaq boğularaq ölüb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın