06 
Iyl
2026
14:20
108

Gürcüstan məktəblərində yeni dəyişikliklər – Kimya 7-ci sinifdən tədris olunacaq

2026–2027-ci tədris ilindən etibarən Gürcüstan məktəblərində bəzi fənlər yeni saat bölgüsü əsasında tədris olunacaq.

InterPress.ge xəbər verir ki, müvafiq saat cədvəli artıq məktəblərə göndərilib, lakin hələ rəsmi şəkildə təsdiqlənməyib.

Planlaşdırılan dəyişikliklərə əsasən, əvvəlki illərdən fərqli olaraq, kimya fənninin tədrisi 8-ci sinifdən deyil, 7-ci sinifdən başlayacaq.

Bundan əlavə, 7-ci sinifdən etibarən gürcü dili və ədəbiyyatı ayrı-ayrı fənlər kimi, həmçinin Gürcüstan tarixiDünya tarixi də ayrıca fənlər kimi tədris olunacaq.

Dəyişikliklər çərçivəsində ibtidai siniflərdə gürcü dili və ədəbiyyatı, eləcə də riyaziyyat fənlərinin tədris saatları artırılacaq.

Yeniliklərdən biri də 10-cu sinifdə tarix fənni ilə bağlıdır. Yeni plana əsasən, Dünya tarixi bu sinifdə tarix proqramından çıxarılacaq və şagirdlər yalnız Gürcüstan tarixini öyrənəcəklər.

Qeyd edək ki, yeni saat bölgüsünün yaxın vaxtlarda rəsmi şəkildə təsdiqlənməsi gözlənilir.

Bizimlə əlaqə saxlayın