08 
Iyl
2026
12:58
67

Tramp: “İranla atəşkəs razılaşmasının başa çatdığını düşünürəm”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun fikrincə, İranla əldə olunmuş atəşkəs razılaşması artıq başa çatıb.

InterPress.ge xəbər verir ki, Tramp bu barədə Ankarada NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ-ın ötən gecə İrana endirdiyi zərbələrdən sonra atəşkəs razılaşmasının qüvvədən düşüb-düşmədiyi ilə bağlı suala cavab verən Tramp bildirib ki, artıq İranla münasibətləri davam etdirmək istəmir.

“Bu maraqlı sualdır. Düşünürəm ki, hər şey bitib. Mən artıq onlarla iş görmək istəmirəm. Məncə, onlarla münasibət sadəcə vaxt itkisidir”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, Amerika hərbçiləri ötən gecə “çox güclü hücum” həyata keçiriblər.

“Mən onlara demişdim ki, əgər hücum etsəniz, biz də cavab zərbəsi endirəcəyik. Amma onlar çirkli oyunçulardır və hamıya hücum edirlər. Mən onları sevmirəm. Onlar pis və xəstə insanlardır. Onlar xərçəng kimidirlər və bilirsinizmi, xərçəngi nə etmək lazımdır? Onu erkən mərhələdə kəsmək lazımdır”, – deyə Donald Tramp vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər