11 
Iyl
2026
11:49
83

Reuters: ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.

InterPress.ge xəbər verir ki, bu barədə Reuters ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi İranın ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin əsas maliyyəçisinə, eləcə də 14 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

Sanksiya siyahısına İranın ali rəhbərliyinin əsas maliyyəçisi və bankiri kimi tanınan, Dubayda fəaliyyət göstərən Əli Ənsari də daxil edilib. Qeyd olunur ki, ona daha əvvəl Böyük Britaniya da sanksiyalar tətbiq etmişdi.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasına əsasən, yeni sanksiyalar İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumları yenidən həyata keçirməsindən sonra qəbul edilib.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, nazirlik Müctəba Xameneini və İranın digər yüksək vəzifəli şəxslərini qlobal maliyyə sistemindən təcrid etmək üçün əlində olan bütün vasitələrdən istifadə etməyə davam edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər